Ötən mövsüm "Milan"da zəif təsir bağışlayan Andre Silva "Qalatasaray"a keçməyə yaxındır. Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçu İstanbul klubunda icarə əsasında çıxış edəcək. "Cim-bom"un Silva üçün "Milan"a heç bir məbləğ ödəməyəcəyi bildirilir.
Andre Silvanın komandadan gedişi "Yuventus"un hücumçusu Qonzalo İquainin "Milan"a gəlişi ilə əlaqələndirilir. Qeyd edək ki, Silva 2017-ci ildə "Portu"dan "Milan"a keçib. O, "rassonyerlər"in heyətində 24 oyun keçirib və 2 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB