"Azərbaycan idman mətbuatından razıyam". Bu sözləri SİA-ya açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib. O, bu sözlərini belə əsaslandırıb: "İdman mətbuatından ona görə razıyam ki, onlar yağışda, qarda, tufanda işləyirlər, gəlib oyunları işıqlandırırlar". PFL prezidenti jurnalistlərin tənqidi yazıları barədə danışaraq qeyd edib ki, hadisələri hər insan bir cür görür. Onun sözlərinə görə, jurnalistlər də hadisəni başqa cür görüb, elə də yazırlar. Ancaq R.Musayev bunun çıxış yolunu da göstərməyi unutmayıb: "Qanun hamı üçün eyni olmalıdır. AFFA-nın oyun qaydaları kitabı çıxıb. Qoy, oxusunlar, görsünlər orda qanunlar necədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB