PSJ-dən açıqlama: "Kavani klubda qalacaq"

PSJ-dən açıqlama: "Kavani klubda qalacaq"

PSJ-nin baş məşqçisi Tomas Tuhel Edinson Kavaninin Paris klubundan ayrılacağı iddialarına münasibət bildirib. Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, o, uruqvaylı hücumçunun belə bir fikrinin olmadığını deyib: "Kavani PSJ-də qalmaq niyyətindədir. Mən onunla danışmışam və bu məsələni müzakirə etmişik. Edinson klubunu dəyişməyi düşünmür".

Qeyd edək ki, E.Kavani ilə "Real"ın maraqlandığı iddia olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə