"Zirə" növbəti yoxlama oyunu keçirib

"Zirə" növbəti yoxlama oyunu keçirib

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Zirə" dünən növbəti yoxlama oyununu keçirib. Paytaxt təmsilçisi qardaş ölkədəki sonuncu sınağında İranın "Traktor Sazi" klubunun U-23 komandası ilə qarşılaşıb. Görüş Ayxan Abbasovun komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. "Zirə"nin heyətində qolları İlkin Muradov, Aleksandr Dedov və Mirsahib Abbasov vurublar.

Bütün xəbərlər Facebook səhifəmizdə