“Atletiko” yeni transferi Toma Lemarı ictimaiyyətə təqdim edib. Klubun saytında yer alan məlumata görə, transfer Madrid klubuna təxminən 70 milyon avroya başa gəlib. Fransız futbolçu müqavilə imzaladıqdan sonra fikirlərini bölüşüb: “Burda olmaqdan məmnunam. Səbirsizliklə komanda yoldaşlarım və “Metropolitano”dakı azarkeşlərimizlə görüşəcəyim anı gözləyirəm”.
Toma Lemar 2015-18-ci illər aralığında “Monako”da çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB