Azərbaycanlı futbolçu "Slaviya"da dubl edib

Azərbaycanlı futbolçu "Slaviya"da dubl edib

Çexiyanın gənclər liqasında yeni mövsümə start verilib. SİA-nın məlumatına görə, Fərid Nəbiyevin çıxış etdiyi "Slaviya” ilk turda "Viktoriya”nı qəbul edib. "Slaviya" 3-cü dəqiqədə hesabda geri düşsə də, Fərid Nəbiyev 20 və 35-ci dəqiqələrdə dubl edərək komandasını önə keçirib. Oyun Praqa təmsilçinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu 83-cü dəqiqədə sarı vərəqə alıb və 2 dəqiqə sonra əvəzlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə