Buffon: "Yuventus" da PSJ kimi əla klubdur"

Buffon: "Yuventus" da PSJ kimi əla klubdur"

Bu yay "Yuventus"u PSJ-yə dəyişən Canluici Buffon sabiq komandası haqqında danışmaqdan boyun qaçırıb. SİA-nın məlumatına görə, təcrübəli qolkiper Ronaldonun "qoca senyora"ya transferi barədə sualı belə cavablandırıb: "Yuventus"un fəaliyyəti indi məni yalnız azarkeş olaraq maraqlandırır. "Yuventus" da PSJ kimi əla klubdur. Hər iki komanda maksimal dərəcədə rəqabətədavamlı olmaq üçün mümkün olan hər şeyi edir. Keçmişdə də belə idi, gələcəkdə də belə olacaq".

Qeyd edək ki, 40 yaşlı qaıçı 2001-18-ci illərdə "Yuventus"un şərəfini qoruuyub. O, bu yay azad agent kimi PSJ ilə anlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə