“Kukesi”nin prezidenti futbolçulara mükafat verib

“Kukesi”nin prezidenti futbolçulara mükafat verib

“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan “Kukesi” klubunun prezidenti Safet Qyiçi futbolçulara “Valletta” ilə oyunlardan əvvəl vəd etdiyi 100 min avroluq mükafatı verib. SİA-nın məlumatına görə, təmsilçimizlə matçdan (0:0) sonra komandanın çıxışından razı qalan klub prezidenti vədinə əməl edib.

“Qarabağ”la avqustun 1-də keçiriləcək cavab görüşü öncəsi S.Qyiçinin bu addımı komandada əhval-ruhiyyəni yüksəldib. Hətta o, futbolçulara yeni mükafat da söz verib. Əgər “Kukesi” “Qarabağ”ı keçsə, oyunçular boş kağıza istədikləri məbləği yazacaqlar. Bu məbləğin isə əvvəlkindən çox olacağı gözlənilir. Çünki albanlar “Qarabağ”ı “Valletta”dan daha ciddi rəqib hesab edirlər.

“Qarabağ”–“Kukesi” oyunu avqustun 1-də Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə