Lyuka Din "Barselona"nı tərk edir

Lyuka Din "Barselona"nı tərk edir

"Barselona"nın futbolçusu Lyuka Din komandanı tərk edir. SİA-nın məlumatına görə, 25 yaşlı müdafiəçi bu barədə şəxsi "Instagram" hesabında paylaşım edib.

"Son iki il ərzində bir uşağın xəyalını yaşadım. Hamınıza təşəkkür edirəm. Çalışdığım bütün işçilərə və məşqçilərə minnətdarlığımı bildirirəm. Bu şəhər həmişə mənimlə qalacaq",- deyə fransalı futbolçu bildirib.

Qeyd edək ki, Lyuka Din 2016-cı ildən "Barselona"da çıxış edib. Onun İngiltərənin "Everton" klubuna keçəcəyi ehtimal olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə