Azərbaycan Premyer Liqasının XVI turunun oyunları keçiriləcək

Azərbaycan Premyer Liqasının XVI turunun oyunları keçiriləcək

Azərbaycan Premyer Liqasının XVI turunun oyunları keçiriləcək. SİA-nın məlumatına görə, oyunlar dekabrın 4-də başlayacaq. Turun ilk günü MOİK "Qəbələ"ni, AZAL "Neftçi"ni, "Turan" "Xəzər Lənkəran"ı, "Qarabağ" isə "İnter"i qəbul edəcək.

Oyunların keçiriləcəyi stadionları və başlanma vaxtlarını nəzərinizə çatdırırıq:

4 dekabr

MOİK - "Qəbələ"
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. Saat 14:00

AZAL - "Neftçi"
"Şəfa" stadionu. Saat 14:00

"Turan" - "Xəzər Lənkəran"
Tovuz şəhər stadionu. Saat 14:00

"Qarabağ" - "İnter"
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. Saat 14:00

5 dekabr
"Bakı" - "Simurq"
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 16:00

"Gəncə" - "Muğan"
Gəncə şəhər stadionu. Saat 14:00

Bütün xəbərlər Facebook səhifəmizdə