Zlatan İbrahimoviç: "20 min insanın məni fitə tutması azdır"

Zlatan İbrahimoviç: "20 min insanın məni fitə tutması azdır"

"LA Qalaksi"nin hücumçusu Zlatan İbrahimoviç "Los-Anceles"lə derbi matçından sonra sonra fikirlərini bildirib. SİA-nın məlumatına görə, isveçli ulduz rəqib azarkeşlərin onu fitə tutmasına münasibət bildirib: "Düzünü desəm, bu stadion mənim üçün çox balacadır. 20 min insanın məni fitə tutması azdır. Mən 80 minə öyrəşmişəm. Nə vaxt ki, səni 80 min azarkeş fitə turur, onda ayağını əlinə alıb səylə çalışmalısan. Ancaq nə vaxt ki, sənə qarşı 20 min insan azarkeşlik edir, bu, sadəcə, məşqə bənzəyir”.

Şəhərin ikinci komandası MLS-də bu ildən çıxış edir. "Los-Anceles"i ABŞ yığmasının sabiq baş məşqçisi Bob Bredli çalışdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə