Milli komandamızın üzvü Ufuk Budakın yeni klubu müəyyənləşib. SİA-nın məlumatına görə, 28 yaşlı müdafiəçi karyerasını yenə də Türkiyə I liqasında davam etdirəcək. "Samsunspor"dan ayrılan futbolçu I Liqanın digər təmsilçisi "Boluspor"a keçib. O, Bolu təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Ufuk Budak karyerası ərzində "Ülm", "Frayburq", "Əskişəhərspor", "Qaziantep BB", "Kayserispor" və "Manisaspor" kimi komandalarda çıxış edib. Ufuk millimizin heyətində 17 oyun keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB