Azərbaycanın güllə atıcısı beynəlxalq turnirin qalibi olub

Azərbaycanın güllə atıcısı beynəlxalq turnirin qalibi olub

Tbilisidə güllə atıcılığı üzrə beynəlxalq turnir keçirilib. SİA-nın xəbərinə görə, yarış iştirakçıları pnetmatik tapançadan atıcılıq yarışlarında mübarizə aparıblar.

Kişilər arasında Azərbaycan idmançısı Rəsul Məmmədov qalib gəlib. İkinci yeri digər təmsilçimiz Ruslan Lunev tutub. Qadınların yarışında qalib 1988-ci ilin Olimpiya çempionu Nino Salukvadze olmuşdur. İkinci və üçüncü yerləri isə Azərbaycan təmsilçiləri İradə Haşımova və Nigar Bağırova paylaşıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə