Mövsümün sonunda “Yuventus”dan ayrılan Canluici Buffon Kriştiano Ronaldonun Turin klubuna keçidinə şərh vermək istəməyib. “Football İtalia” nəşrinin yazdığına görə, portuqaliyalı ulduzla bağlı sualı cavabsız qoyan 40 yaşlı qolkiper sabiq klubunun artıq onu sadəcə bir tamaşaçı kimi maraqlandırdığını deyib:
“İndi “Yuventus” məni ancaq tamaşaçı kimi maraqlandırır. O da PSJ kimi məşhur klubdur. Zənnimcə, hər iki klub rəqabətəmeylli heyət qurmaq üçün bütün gücünü ortaya qoyur. Keçmişdə necə işləyiblərsə, gələcəkdə də belə davam edəcəklər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB