“Yuventus”un hücumçusu Kriştiano Ronaldo bu gün Turinə gedəcək. Bu barədə “Football İtalia” məlumat yayıb. Xəbərdə feyilir ki, o, yeni komandasında ilk məşqinə sabah çıxacaq. Qeyd edək ki, portuliyalı futbolçuya mundialda iştirakına görə əlavə istirahət verilmişdi.
Xatırladaq ki, Ronaldo bu yay “Real”dan “Yuventus”a keçib. Turinlilər buna görə Madrid klubuna 112 milyon avro təzminat ödəyib. Futbolçu özü isə ilinə 30 milyon avro qazanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB