"Qırmızı şeytanlar" Antoni Marsyalı "Tottenhem"ə satmaqdan imtina edib

"Qırmızı şeytanlar" Antoni Marsyalı "Tottenhem"ə satmaqdan imtina edib

"Mançester Yunayted" futbolçusu Antoni Marsyalı "Tottenhem"ə satmaqdan imtina edib. Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, klub rəhbərliiyi fransalı hücumçunu Premyer Liqada yüksək yerlər uğrunda mübarizə aparan klublara satmamağa qərar verib.

"MY" A.Marsyalı 70 milyon funt sterlinqə PSJ və ya "Bavariya"ya satmağı düşünür. Qeyd edək ki, A.Marsyal ötən mövsüm Premyer Liqada 30 matçda 9 qol vurub, 5 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə