“Beşiktaş” bir neçə gün öncə “Fulhem”ə satdığı qapıçı Fabriyə əvəzləyici tapıb. Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, İstanbul klubu ispan qolkiperin boşluğunu “Liverpul”dan Simon Minyole ilə doldurmaq istəyir. İddiaya görə, “qara qartallar” artıq belçikalı üçün qarşı tərəfə təklif göndərib. Ancaq “Liverpul” hələlik “Beşiktaş”ın bu istəyinə cavab verməyib.
Qeyd edək ki, ötən mövsüm mersisaydlıların heyətində 19 oyun keçirən Minyole 7 görüşdə qapısını toxunulmaz saxlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB