FIFA referisi Əliyar Ağayev daha bir avrokubok qarşılaşmasında meydana çıxacaq. AFFA-nın saytına yer alan xəbərə görə, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində avqustun 7-də Avstriyada “Zaltsburq” klubu ilə ikinci təsnifat mərhələsinin “Şkendiya” (Mekdoniya) – “Şerif” (Moldova) cütünün qalibi arasında keçiriləcək qarşılaşmanın baş hakimi Əliyar Ağayev olacaq. Ona Rza Məmmədov və Zeynal Zeynalov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB