"Bavariya"da forma geyinən Xames Rodriqes vergidən yayındığına görə İspaniya hökümətinə 11,65 milyon avro cərimə ödəyəcək. SİA-nın məlumatına görə, 2014-cü ildə "Real Madrid"ə transfer olunandan sonra İspaniyaya köçən 27 yaşlı kolumbiyalı yarımmüdafiəçi 6,35 milyon avro vergi ödəmədiyi üçün cəza ilə üzləşib.
Vergi müfəttişliyi iddia edir ki, futbolçu tam həcmdə vergi ödəməlidir. Çünki onun iqtisadi fəaliyyətinin çox hissəsi İspaniya ilə bağlıdır. Rodriqes müqavilə ilə "Real"a məxsusdur. O, 2017-ci ilin yayından icarə əsasında Münhen klubunda çıxış edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB