Hakimlərimiz “Kayrat” - “Az Alkmar” matçını idarə ediblər

Hakimlərimiz “Kayrat” - “Az Alkmar” matçını idarə ediblər

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçirilən “Kayrat” (Qazaxıstan) - “Az Alkmar” (Hollandiya) oyununu FİFA referisi Əliyar Ağayev idarə edib. SİA-nın məlumatına görə, onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olub. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirib.

Almatı şəhərindəki “Ortalyk” stadionunda keçirilən qarşılaşma “Kayrat”ın 2:0 hesablı qələbəsi ilə tamamlanıb. Eseolanın dubl etdiyi matçda Əliyar Ağayev meydan sahiblərinin 3, qonaqların isə 2 üzvünü sarı vərəqə ilə cəzalandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə