Bakıda keçirilən ikinci beynəlxalq həmrəylik tennis çempionatında hakimlər ədalətli qərarlar qəbul edirlər. Bunu çempionatda iştirak edən Belarus təmsilçisi Yaroslav Şila AZƏRTAC-a müsahibəsində bildirib.
İdmançı deyib: “Turnir yüksək səviyyədə təşkil edilib və bizim üçün hər cür şərait yaradılıb. Yarışlara başlayanda əvvəlcə mənim üçün bir qədər çətin oldu. Səudiyyə Ərəbistanından olan rəqibim ilə daha əvvəl görüşməmişdim. O, qarşılaşmanın əvvəlində güclü müqavimət göstərdi. Lakin təcrübəm və ustalığım sayəsində finala yüksəlməyi bacardım. Finalda həmyerlim Maksim Dubarenko ilə görüşəcəyəm. Nəticəni indidən demək çətindir. Düzdür, Maksim hazırda yaxşı formada deyil. Sabahkı final görüşündə kim daha yaxşı oyun nümayiş etdirsə, o da qalib gələcək. Bugünkü oyunumun televiziyada canlı yayımlanması məni daha da ruhlandırdı”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB