"Neftçi”nin kapitanı Ruslan Abışov əməliyyat olunacaq. Klubun saytında yer alan xəbərə görə, futbolçu bunun üçün avqustun 1-də Almaniyaya yollanacaq. Xatırladaq ki, Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Macarıstanın "Uypeşt” klubu ilə iyulun 19-da keçirilən cavab oyununda zədələnən Ruslan Abışovun sol dizində ön çarpaz bağ tam qopub və meniski zədələnib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB