ÇL-də II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub - NƏTİCƏLƏR
Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. SİA-nın məlumatına görə, ikinci oyun günündə daha 5 matç keçirilib.
Azərbaycanlı futbolsevərlərin əsas diqqəti Albaniyaya yönəlib. Belə ki, “Qarabağ” səfərdə “Kukesi”nin qonağı olub. Görüş qolsuz bərabərliklə başa çatıb.
Eləcə də “Qarabağ”ın növbəti mərhələdəki potensial rəqibləri olan BATE və HİK üz-üzə gəlib. Belarusda keçirilən görüşdə qapılara qol vurulayıb.
24 iyul
Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
BATE (Belarus) - HİK (Finlandiya) - 0:0
“Kukesi” (Albaniya) - “Qarabağ” (Azərbaycan) - 0:0
“Ludoqorets” (Bolqarıstan) - “Videoton” (Macarıstan) - 0:0
“Ayaks” (Hollandiya) – “Şturm” (Avstriya) - 2:0
Qollar: Ziyeç, 15, Şone, 57
“Seltik” (Şotlandiya) - “Rusenborq” (Norveç) - 3:1
Qollar: Eduard, 43, 75, Ntçam, 46 - Melinq, 16
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB