“Sabah” Türkiyə klubu ilə heç-heçə edib

“Sabah” Türkiyə klubu ilə heç-heçə edib

Növbəti mövsümə hazırlığı Türkiyənin Bolu şəhərində davam etdirən “Sabah” bu gün daha bir yoxlama oyunu keçirib. SİA-nın məlumatına görə, Premyer Liqamızın debütantı yerli “Sancaktepe Bələdiyyəspor” klubu ilə qarşılaşıb. “Vonresort” otelininin meydançasında keçirilən oyunda qapılara 4 qol vurulsa da, qalib müəyyənləşməyib.

İlk hissə rəqibin 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb. “Sabah” ikinci hissədə iki dəfə rəqib qapısına yol tapıb. Oyun 2:2 hesablı bərabərliklə nəticələnib. Bakılıların heyətində Elşən Abdullayev və Elgün Nəbiyev fərqlənib.

“Sabah” oyuna aşağıdakı heyətlə çıxıb: Tərlan Əhmədli, Ülvi İbazadə, Elvin Bədəlov, Tərzin Cahangirov, Kərim Diniyev, Vadim Abdullayev, Cavid İmamverdiyev, Tural Qürbətov, Bəxtiyar Soltanov, Novruz Məmmədov, Elvin Həsənəliyev.

Oyuna sonradan daxil olanlar: Vanderson, Erik Ramos, Elşən Abdullayev, Elgün Nəbiyev, Eltun Turabov, Məqsəd İsayev.

Xatırladaq ki, “Sabah” Türkiyə toplanışı çərçivəsində daha öncə keçirdiyi “Girəsunspor” və “Osmanlıspor”la oyunlarda 1:1 hesablı heç-heçə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə