Andre Şürrle “Fulhem”lə müqavilə bağlayacaq?

Andre Şürrle “Fulhem”lə müqavilə bağlayacaq?

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Andre Şürrle karyerasını İngiltərədə davam etdirməyə hazırlaşır. “Sky Sports”un xəbərinə görə, ulduz futbolçu “Fulhem”lə müqavilə bağlayacaq. Almaniya millisinin üzvü artıq Londondadı. 28 yaşlı hücumameylli oyunçu öncə tibbi müayinədən keçəcək, ardından isə rəsmi sözləşməyə qol çəkəcək. Onun transferinin və müqaviləsinin detalları barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə