"Sumqayıt" "Yeni Malatyaspor"u məğlub edib

"Sumqayıt" "Yeni Malatyaspor"u məğlub edib

2018/2019 mövsümünə hazırlaşan "Sumqayıt" hazırlığın 2-ci mərhələsi üçün yollandığı Boluda dünən növbəti yoxlama matçına çıxıb. Nazim Süleymanovun rəhbərlik etdiyi komanda Superliqa təmsilçisi "Yeni Malatyaspor"la üz-üzə gəlib. Topuk Yaylası idman kompleksinin stadionunda keçirilən qarşılaşma "Sumqayıt" qələbəsi ilə başa çatıb - 3:1. "Sumqayıt"ın heyətində Yusif Nəbiyev dubl edib. Digər qolu isə Əfran İsmayılov vurub. Qeyd edək ki, "Sumqayıt" hazırlıq çərçivəsində daha əvvəl Qətərin "Əl-Şəhaniyə" klubu ilə heç-heçə edib (1:1), Türkiyə təmsilçisi "Alanyaspor"a isə 0:7 hesabı ilə uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə