Çingiz Hüseynzadə Liviya Milli Olimpiya Komitəsinin baş katibi ilə görüşüb

Çingiz Hüseynzadə Liviya Milli Olimpiya Komitəsinin baş katibi ilə görüşüb

Bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Liviya Milli Olimpiya Komitəsinin baş katibi Xaled Ezankuli ilə görüşüb.Görüş ikinci beynəlxalq həmrəylik tennis çempionatı çərçivəsində Bakı Tennis Akademiyasında təşkil olunub.

Tərəflər hər iki ölkənin milli komandaları arasında yoldaşlıq yarışlarının keçirilməsi, qarşılıqlı təlim-məşq toplanışlarının, müxtəlif tədbirlərin keçirilməsinə dair fikir mübadiləsi aparıblar. Hər iki qurum arasında əməkdaşlıq məsələləri də müzakirə edilib. Liviya Milli Olimpiya Komitəsinin baş katibi əməkdaşlığın daha ətraflı müzakirəsi məqsədilə Çingiz Hüseynzadəni ölkəsinə dəvət edib.

Görüşün sonunda rəsmi əməkdaşlığı həyata keçirmək üçün anlaşma memorandumunun imzalanması təsdiqlənib. Anlaşma memorandumun imzalanma mərasiminin Liviyada keçiriləcəyi qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə