Daha bir portuqaliyalı "Atletiko"da

Daha bir portuqaliyalı "Atletiko"da

İspaniyanın “Atletiko” klubu heyətini daha bir futbolçu ilə gücləndirib. Klubun saytında yer alan xəbərə görə, “Sportinq”lə müqaviləsi başa çatan Jelson Martinşlə 5 illik müqavilə bağlanıb. Qeyd edək ki, Portuqaliya millisinin üzvü olan 23 yaşlı hücumameylli yarımmüdafiəçi "Sportinq"in yetirməsidir. Xatırladaq ki, “Atletiko” buna qədər Antonio Adan, Toma Lemar və Rodriqonu da transfer edib.

Bütün xəbərlər Facebook səhifəmizdə