"Beşiktaş" futbolçusu Domaqoy Vidanı "Liverpul"a sata bilər. "Fanatik"in yazdığına görə, Xorvatiya millisinin üzvü ilə 2+1 illik müqavilə imzalanacağı gözlənilir. İstanbul klubu DÇ-2018-dəki oyunu ilə diqqət çəkən futbolçunun transferindən yüksək məbləğdə gəlir əldə etmək istəyir.
"Beşiktaş"ın Vidanın adını Avropa Liqasının 2-ci təsnifat mərhələsində sabah "B36 Torshovn"la keçiriləcək oyunun iştirak ərizəsinə daxil etməməsi müdafiəçinin satılacağı ehtimalını artırıb. Qeyd edək ki, 28 yaşlı futbolçu bu ilin yanvar ayından "Beşiktaş"da çıxış edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB