Didye Deşamdan hədə: "Səni məhv edərdim"

Didye Deşamdan hədə: "Səni məhv edərdim"

Fransa millisinin baş məşqçisi Didye Deşam futbolçusu Kilian Mbappenin DÇ-2018-dəki çıxışı haqda danışıb. O, "Le Parisien"ə açıqlamasında gənc hücumçunun rəqiblər üçün arzuolunmaz futbolçu olduğunu deyib: "Mbappe meydanda etdiyi driblinqlərlə, oyunu ilə rəqiblərini gözdən salırdı. O, ehtiyatlı olmalı idi. Heç bir futbolçu alçalmaq istəməz. Bir dəfə Mbappeyə dedim ki, bəxtin gətirib ki, mənə qarşı oynamamısan. Mən səni meydanda məhv edərdim. Və inan ki, yalnız sarı vərəqə ilə cəzalanardım".

Bütün xəbərlər Facebook səhifəmizdə