"Tottenhem" klubunun qapıçısı Uqo Lloris karyerasını "Real"da davam etdirə bilər. SİA-nın məlumatına görə, “kral klubu” bu transfer üçün 67,5 milyon avro xərcləməyə hazırdır. Lakin "Tottenhem" qapıçını satmaq niyyətində deyil. 31 yaşlı fransalı qolkiperin İngiltərə klubu ilə müqaviləsi 2022-ci ildə başa çatacaq.
Əgər bu transfer baş tutarsa, Lloris futbol tarixinin ən bahalı qapıçısı olacaq. Hazırda bu rekord "Roma"dan "Liverpul"a keçən Alison Bekkerə məxsusdur. Onun transferinə 62,5 milyon avro sərf olunub.
Lloris 2012-ci ildən "Tottehem" klubunda çıxış edir. Ötən mövsüm İngiltərə Premyer Liqasında 36 oyunda qapısından 35 qol buraxıb. Qapıçı Fransa millisi ilə birlikdə DÇ -2018-in çempionu olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB