Aureilio De Laurentis: "Kulibalini satmayacağıq"

Aureilio De Laurentis: "Kulibalini satmayacağıq"

"Napoli" klubunun prezidenti Aureilio De Laurentis klubun müdafiəçisi Kalid Kulibaliyə gələn təkliflər barədə danışıb. SİA-nın məlumatına görə, klub prezidenti onun satılmayacağını deyib.”İngiltərə Premyer Liqasının klublarından biri Kulibalini 100 milyon avroya transfer etmək istəyirdi. Amma biz razı olmadıq. Hazırda heç bir klubla danışıqlar aparmırıq. Kulibali əla futbolçudur. Onunla heç bir problemimiz yoxdur”.

Əvvəllər "Napoli"nin Kulibalini 120 milyondan aşağı qiymətə satmayacağı deyilirdi. Seneqal millisinin müdafiəçisi 2014-cü ildən "Napoli"də çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə