Yeni idman direktoru klubun hazırlıq planından xəbər verdi - AÇIQLAMA

Yeni idman direktoru klubun hazırlıq planından xəbər verdi - AÇIQLAMA

""Turan" klubu Türkiyədə hazırlıq prosesi keçəcək". Bu sözləri SİA-ya açıqlamasında klubun idman direktoru Nail Nurəddinoğlu deyib. Bu vəzifəyə yenicə təyin olunmuş klub rəsmisi bildirib ki, komanda Antaliyada təlim-məşq toplanışı keçəcək. Onun sözlərinə görə, "Turan" yanvarın 15-də adıçıkilən ölkəyə yollanacaq. İdman direktoru bildirib ki, "Qaya" otelində məskunlaşacaq heyət bir neçə hazırlıq matçı keçirəcək: "Hazırlıq matçları keçirəcəyimiz kolektivləri 10 komandanın arasından seçəcəyik. Belə ki, 10 komanda var ki, onlardan bir neçəsi ilə danışıqlar aparıb yoldaşlıq oyunu təşkil etməyi planlaşdırırıq".

Qeyd edək ki, "Turan" Tükiyəyə 30-35 nəfər heyətlə gedəcək. Onlardan 25-i isə komandanın futbolçuları olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə