“Qəbələ” 2018/19 mövsümünün hazırlıqlarının sonuncu mərhələsinə start verib. SİA-nın məlumatına görə, dünən Bakıda bir araya gələn “qırmızı-qaralar” məşq prosesini paytaxtda gerçəkləşdirib.
Günün ikinci yarısına təsadüf edən hazırlıq “Bakı” FK-nın təlim-məşq bazasında baş tutub. Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında keçən məşqdə futbolçular öncə fiziki çalışmaları yerinə yetirib, ardınca toplu hərəkətləri icra ediblər. UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Proqres”lə oyununda zədələnən Vojislav Stankoviç fərdi hazırlıq keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB