Bu gün ÇL-də daha 5 matç keçiriləcək

Bu gün ÇL-də daha 5 matç keçiriləcək

Bu gün Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq. SİA-nın məlumatına görə, ikinci oyun günündə daha 5 matç keçiriləcək.

Azərbaycanlı futbolsevərlərin əsas diqqəti Albaniyaya yönələcək. Belə ki, “Qarabağ” səfərdə “Kukesi”nin qonağı olacaq. Ağdam təmsilçisi səfərdə sərfəli nəticə qazanmağa çalışacaq.

Bu gün eləcə də “Qarabağ”ın növbəti mərhələdə rəqibi ola biləcək BATE və HİK üz-üzə gələcək.

24 iyul

Çempionlar Liqası

2-ci təsnifat mərhələsi, ilk oyunlar

21:00. BATE (Belarus) - HİK (Finlandiya)

21:00. “Kukesi” (Albaniya) - “Qarabağ” (Azərbaycan)

21:00. “Ludoqorets” (Bolqarıstan) - “Videoton” (Macarıstan)

22:30. “Ayaks” (Hollandiya) - “Şturm” (Avtriya)

22:45. “Seltik” (Şotlandiya) - “Rosenborq” (Norveç)

Bütün xəbərlər Facebook səhifəmizdə