Futbol üzrə milli komandamızın üzvü, “Qarabağ”ın sabiq futbolçusu Riçard Almeyda Qazaxıstanın “Astana” klubunda ilk oyununu keçirib. Braziliyalı yarımmüdafiəçi Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Mityulland”la ilk görüşündə debüt edib. Almeyda matçın 76-cı dəqiqəsində meydana daxil olub. O, 81-ci dəqiqə sarı vərəqə almaqla fərqlənib.
“Qarabağ”ın digər sabiq futbolçusu Pedro Enrike də “Astana”da debüt edib. Matçın start heyətində meydana çıxan braziliyalı yarımmüdafiəçi 85-ci dəqiqədə əvəzlənib. Qeyd edək ki, qarşılaşma "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçukun çalışdırdığı “Astana”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB