"Xan Lənkəran” I Divizionda çıxış etməyəcək

"Xan Lənkəran” I Divizionda çıxış etməyəcək

Lənkəranda yeni yaradılmış “Xan Lənkəran” futbol klubu I Divizionda çıxış etməyəcək. SİA-nın məlumatına görə, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov bildirib. O, açıqlamasında ötən mövsüm I Divizionda çıxış edəcək komandaların yarışda qalacaqlarını deyib. E.Məmmədov yeni yaradılan klubların isə 2-3 il Region Liqasında oynamalı olduğunu vurğulayıb.

Qeyd edək ki, yeni yaradılan "Xan Lənkəran" I Divizionda oynamaq üçün müraciət etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə