Türkiyənin “Sivasspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. SİA-nın məlumatına görə, Superliqa klubu İspaniya nəhəngi “Barselona”nın müdafiəçisi Duqlası heyətinə qatıb. Braziliyalı futbolçu Türkiyə klubuna icarə əsasında keçib. O, yeni klubu ilə 1 illik müqavilə imzalayıb.
27 yaşlı futbolçu “Barselona”ya 2014-cü ilin yayında “San Paulo”dan transfer edilib. Kataloniya klubunda cəmi 8 qarşılaşmaya çıxan müdafiəçi 2016/17 mövsümündə “Sportinq”də (Xixon) (21 matç, 3 qol), ötən mövsüm isə “Benfika”da (10 matç) icarədə oynayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB