Xorvatiya yığmasının və Madrid "Realının" yarımmüdafiəçisi Luka Modric ağır xəstəlikdən əziyyət çəkən Selena adlı balaca qızın məktubuna cavab verib. SİA-nın məlumatına görə, Xorvatiya milli komandasının kapitanı balaca Selenaya 2018-ci ildə dünya çempionatında göstərdiyi dəstəyə görə təşəkkür edib və ona xəstəliyi ilə mübarizədə möhkəm iradə arzulayıb.
Modric həmçinin, Xorvatiya yığmasında geyindiyi formasını məktuba əlavə edib. Xorvatiya yığması mundialın finalında fransızlara məğlub olmuşdu. Modriç isə turnirin ən yaxşı oyunçusu seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB