“Neftçi” hazırlığı bərpa edib

“Neftçi” hazırlığı bərpa edib

Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Macarıstanın “Uypeşt” klubu ilə cavab oyunundan sonra üç günlük fasiləyə buraxılan “Neftçi”nin üzvləri bu gün hazırlığı bərpa ediblər. SİA-nın məlumatına görə, komanda öz bazasında axşam məşqinə çıxıb. Məşqdə zədəli Namiq Ələsgərov və Ruslan Abışovdan başqa bütün futbolçular iştirak ediblər.

Hazırlıq iyulun 24-də iki məşqlə davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə