“Qarabağ” Albaniyaya gedib

Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı “Kukesi” ilə ilk oyunun keçiriləcəyi Albaniyaya yola düşüb. SİA-nın məlumatına görə, Ağdam klubu ənənəvi olaraq, çarter reysi ilə səfərə çıxıb.

Qeyd edək ki, bu gün “Qarabağ”ın baş məşqçisinin Bakı vaxtıyla saat 20:45-də mətbuat konfransı başlayacaq. Komandanın son məşqi isə saat 21:00-da qarşılaşmanın keçiriləcəyi “Loro Boriçi” stadionunda baş tutacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

“Kukesi" - "Qarabağ" oyunu iyulun 25-də keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə