"Çelsi" yeni baş məşqçisi ilə ilk qələbəsini qazanıb

"Çelsi" yeni baş məşqçisi ilə ilk qələbəsini qazanıb

İngiltərənin "Çelsi" klubu yeni baş məşqçisi Mauritsio Sarrinin rəhbərliyi altında ilk oyununu keçirib. "Report"un məlumatına görə, London təmsilçisi yoxlama oyununda Avstraliyanın "Pert Qlori" komandası ilə üz-üzə gəlib.

Qarşılaşma İngiltərə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu 5-ci dəqiqədə Pedro Rodriges vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə