"Zirə"dən növbəti heç-heçə

Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" dünən növbəti yoxlama oyununa çıxıb. Qol.az-ın məlumatına görə, Ayxn Abbasovun komandası yerli "Giresunspor"la qarşılaşıb. Bakı vaxtı ilə saat 17:00-da başlayan və "Fənərbaxça"nın Topuk yaylasında yerləşən bazasının meydançasında oynanılan qarşılaşmada hesab açılmayıb.

Qeyd edək ki, "Zirə" bundan əvvəl keçirdiyi yoxlama oyununda Qətərin "Əl-Xaritiyah" klubu ilə də bərabərə qalmışdı - 1:1.

Bütün xəbərlər Facebook səhifəmizdə