Futbol üzrə İngiltərə millisinin və “Çelsi”nin sabiq futbolçusu Con Terri karyerasını bitirməsi haqda yayılan xəbərlərə münasibət bildirib. 37 yaşlı müdafiəçi şəxsi “İnstaqram” hesabında haqqında deyilənlərin doğru olmadığını yazıb: “Hələ karyeramı bitirməmişəm. Hazırda ailəmlə birgə istirahət edirəm. Gələn təklifləri gözləyirəm”.
Qeyd edək ki, ötən mövsüm “Çelsi”dən “Aston Villa”ya keçən Terri 35 oyunda meydana çıxıb. O, hazırda klubsuzdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB