İtaliya Federal Məhkəməsi "Parma"nı cəzalandırdı

İtaliya Federal Məhkəməsi "Parma"nı cəzalandırdı

İtaliya Federal Məhkəməsi "Parma" futbol klubunun “danışılmış oyunlar”da iştirakı ilə bağlı qərar qəbul edib. SİA-nın məlumatına görə, qərara əsasən, bu klubun yeni mövsümdə A seriyasında 5 xalı əvvəlcədən silinəcək. Komandanın 36 yaşlı hücumçusu Emanuel Kalayo isə iki il müddətinə diskvalifikasiya edilib. Futbolçu 20 min avro cərimə də ödəməlidir. Araşdırmalardan məlum olub ki, "Parma" - "Specia" oyunundan əvvəl Kalayo rəqib komandada çıxış edən dostuna mesajlar göndərib. Həmin mesajlar vasitəsi ilə dostundan oyun zamanı güclü müqavimət göstərməməyi xahiş edib. Nəticədə, "Parma" həmin matçda 2:0 hesabı ilə qələbə qazanıb və A seriyasında iştirak hüququ əldə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə