Ramin Musayev hakimlərin oyunları idarəçilindən danışdı - EKSKLÜZİV
Azərbaycan Premyer Liqasının oyunlarında stadiondakı reklamlardan Peşəkar Futbol Liqasına gələn mənfəət yalnız bizim reklamın orda olmasıdır". Bu szöləri SİA-ya açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti (PFL) Ramin Musayev deyib. O, digər gəlirlərin klublara aid olduğunu bildirib.
PFL prezidenti Azərbaycan Premyer Liqasının cari mövsümdə ötən mövsümə nisbətən inkişaf edib etməməsi barədə hələ danışmaq istəmədiyini vurğulayıb: "Çempionatın sonunu gözləyək. İndi heç nə deyə bilmərəm".
Daha sonra hakimlərin matçları idarəçiliyinə toxunan R.Musayev onlardan razı olduğunu bildirib: "Hakimlərdən heç bir narazılıçığım yoxdur. Əgər kimsə səhvə yol verirsə, cəzalanır. İnsanlar çalışsınlar oyunları televiziyadan yox, stadiondan canlı izləsinlər. Həqiqət stadiondadır".
"Qarabağ" - "Neftçi" oyununda hakim səhvləri barədə danışan PFL prezidenti matçda yalnız hakimin Rauf Əliyevin yıxıldığı epizodda səhvə yol verdiyini vurğulayıb: "Rauf Əliyevin yığxıldığı epizodda penalti yox, sadəcə cərimə zərbəsi var idi. O, cərimə meydanından kənarda yıxılmışdı. Bunu hərə bir cürə görə bilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB