“Qalib gəlməyi bacardıq”

"Neftçi"nin yarımmüdafiəçisi Slavço Georgievski "Qarabağ"la matçdan sonra klubun rəsmi saytına açıqlamasında bildirib ki, liderliyimizi sürdürdüyümüz üçün çox sevinirəm.

"Qarabağ"ı Azərbaycan Premyer Liqasının ən güclü komandalarından biri hesab edən makedoniyalı futbolçu oyunda hər kəsin bir daha bunun şahidi olduğunu deyib: "Rəqiblə görüş çətin və gərgin keçdi. Qalib gəlməyi bacardıq. Bir şeyi nəzərə almaq lazımdır ki, "Qarabağ"la oyunda Azərbaycan futbolu qazandı. Çünki rəqibimizlə yanaşı, bizim heyətimizdə də bir çox gənc futbolçular yer alırdı. Düşünürəm ki, belə vacib görüşlərdə çempionluğa iddialı komandada gənc futbolçuların çıxış etməsi vacib faktlardan biridir. Mirhüseyn Seyidov, Amit Quluzadə, Araz Abdullayev, Cavid Hüseynov, Cavid İmamverdiyev - bu gənclər Azərbaycan futbolunun gələcəyidir. Baş məşqçimiz onlara şans verməklə yığmanız üçün böyük işlər görür".

Bütün xəbərlər Facebook səhifəmizdə