Bu gün püşkatma mərasimi keçiriləcək

Bu gün püşkatma mərasimi keçiriləcək

Bu gün 17 və 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 2011-2012-ci il mövsümünün püşkatma mərasimləri keçiriləcək. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mərasim İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında baş tutacaq. Tədbirdə hər iki yaş qrupunda çıxış edəcək yığma komandalarımızın rəqibləri müəyyənləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə