Qadın komandaları arasında keçirilən voleybol üzrə Azərbaycan Superliqasının ilk turunun ikinci oyunu başa çatıb. SİA-nın məlumatına görə, "Sərhədçi" Olimpiya İdman Mərkəzində təşkil olunmuş matçda "İqtisadçı" "Rabitə" komansdaları qarşılaşıblar. Oyunda "Rabitə" tam üstünlüklə qalib gəlib. Belə ki, ilk setdə hesab 14:25, 2-ci setdə 27:29, 3-cü setdə isə 19:25 olub - 0:3
Xatlırladaq ki, ilk görüşdə "Bakı" klubu ilə "Azərreyl" qarşılaşıb. Çempionatda debüt edən Bakı klubu ilk oyunda uğursuzluğa düçar olub. Belə ki, klub ilk setdə 25:19, 2-ci setdə 25:21, 3-cü setdə isə 25:16 hesabı ilə məğlub olub - 3:0.
Qeyd edək ki, bu gün daha 1 oyun keçirləcək. "Şirvan" "Lokomotiv"lə münasibətlərə aydınlıq gətirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB