“Səbail” bu gün “Sivasspor”la qarşılaşacaq

“Səbail” bu gün “Sivasspor”la qarşılaşacaq

Türkiyədə təlim-məşq toplanışında olan “Səbail” bu gün yoxlama oyunu keçirəcək. SİA-nın məlumatına görə, Aftandil Hacıyevin çalışdırdığı kollektiv yerli “Sivasspor”la üz-üzə gələcək. Heyətində Robinyo və Kone kimi futbolçuların yer aldığı Superliqa təmsilçisi ilə görüş bu gün Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Xatırladaq ki, “Səbail” Türkiyədəki ilk sınağında yerli “Gənclərbirliyi” klubuna 0:3 hesabı ilə uduzub, Qətərin “Əl-Şəhaniyə” klubu ilə heç-heçə edib - 2:2.

Bütün xəbərlər Facebook səhifəmizdə